"Bismillah" ın siması

1. «Bismillah» ilahi rəng göstəricisi, tovhid cəhətinin nişanıdır. İmam Rza(ə) buyurmuşdur:
-«Bismillah» insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.

2. «Bismillah» tovhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. Allah adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir.
Ardı →

EŞQ haqqında

Eşq hər şeyin səbəbi,başlanğıcı və sonudur ( Jan Batist Anri Lakorder:Fransız yazıçısı və ictimai-siyasi xadimi)
Şirin xəyallara uymaq,göz yaşları axıtmaq, ah çəkmək eşqin yol yoldaşıdır (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Eşqdə susmaq danışmaqdan faydalıdır (Yapon atalar sözü)
Ayrılıq əziyyətini görməyənin,eşq bəlasını çəkməyənin dərdi dərmansızdır (İmadəddin Nəsimi)
Ardı →

Həzrəti Muhəmməd ( s.ə.v. )

(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim )

Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli )

Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu )

Həzrəti Muhəmmədin (s.ə.v.) insan olması ilə bütün insanlıq iftixar edir. Çünki o, oxuyub-yaza bilməsə də, on üç əsr əvvəl elə qanun və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra da onun qiymətini və həqiqətini anlasaq, ən xoşbəxt nəsillər olarıq.  ( Şebol: Filosof  1924-cü ildə hüquq konqresindəki çıxışından.)
Ardı →